Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, mədəniyyət könüllülərinin iştirakı ilə 4 oktyabr 2022-ci il tarixində Masallı rayonunda XIX əsr memarlıq abidəsi olan Köhnə Hamam ərazisində iməcilik keçirilib.
Tehsil.biz xəbər verir ki, iməciliyin məqsədi insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Azərbaycan ərazisində çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, sözügedən iməcilik, eyni zamanda, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsi xidmət edir. Belə ki, iməciliyə cəlb olunan insanlarla bərabər Masallı sakinləri də bu tədbirə maraq göstərib.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tarixi-mədəni abidələrimizin təbliğ edilməsi, araşdırılması, o cümlədən qorunmasına xidmət edən müxtəlif səpkili tədbirləri təşkil etməyə davam edəcək.